Мы используем только натуральные продукты.
Никаких заменителей. Никаких компромиссов
Мы не экономим на свежести и качестве. Лучший шоколад, натуральная ваниль, только свежие, красивые и, обязательно, вкусные ягоды
Hazırlanması asan dadı isə çox gözəl bir piroq. Çiyələyin mövsümü olduğuna görə bu resepti dəyərləndirəcəksiniz. Sadəcə özümdən bir əlavə edərdim ki, çiyələyi 400 qr yox 600 qr tökün. Onda piroq lap dadlı olacaq.
Bu peçenyalar tanınmış fransız şef-konditeri Pyer Hermenin reseptinə əsasən hazırlanıb. Peçenyalar çox tez hazırlanır bir o qədər də tez yeyilir. İstəyinizə əsasən peçenyanın ortasına fındıq, qoz, kişmiş qoya bilərsiniz.
Çizkeyk – əsası peçenya qırıqlarından və ya xəmirdən olan, qaymaq pendirdən hazırlanan desertdir. Amma çizkeyki hazırlayarkən bir neçə xırdalıqlara fikir vermək lazımdır. Məsələn,
Pudinqli kökələr – çox dadlı, yumşaq və mayalıdırlar. Bu kökələrin fərqli içliyi var – bu hazır satılan pudinqdən hazırlanmış içlikdir. Zövqünüzə əsasən siz şokoladlı, vanilli, meyvəli pudinq seçə bilərsiniz.
Sizdə də olurmu ki, bananlar yeyilmir və qaralıb qalır, Onları atmağa isə adamın heyifi gəlir. Onda qalan bananlardan siz bu cür maffinlər hazırlaya bilərsiniz. Maffinlər çox ətirli, həfif və dadlı alınırlar. Ən əsası isə inqrediyentləri mikserlə çalmaq lazım deyil, qaşıqla qarışdırıb formalara doldurursunuz və 20 dəqiqəyə çay madasına maffinlər buğlana buğlana sizi gözləyir. :)
Karameli evdə hazırlamaq çox asandır. Tərkibi sadə inqrediyentlərdən olduğuna görə, marketlərdə onları əldə etmək çətin olmayacaq. Karameli çayla içmək olar, kremlərə, çizkeyklərə qatmaq olar, dondurmanın üzərinə səpmək olar. Mən bu gün sizinlə, karameli necə yandırmadan və asan hazırlamağın resepti ilə bölüşəcəm.
Məktəblilər mütləq özləri ilə atışdırmağa nəsə götürməlidirlər, bunu bütün dietoloqlar təsdiq edir. Bu meyvə, tərəvəz, buterbrod və s. ola bilər. Mən sizə original və tez hazırlanan pendirli rolları bişirməyi təklif edirəm.Bu rolları piknik, uşaq ad günləri, məktəb üçün bişirmək olar.
Krekerlər - quru və xırtıldayan peçenyalardır. Onlar pəhrizdə oturanlar üçün çörəyi əvəz edə bilir. Krekerlərdən kanape, buterbrod edirlər, müxtəlif salatlara əlavə edirlər. Bu dietik pemenyalar asan və tez hazırlanır və uzunmüddət dadını və ətrini itirmədən qalır. Özünüz və uşaqlarınızın aclıq hissini azaltmaq üçün də krekerlərdən istifadə ediə bilərsiniz.
Şokoladlı muss- hazırlamaq çox asandır və onun öhdəsindən hətta yeni başlayan kulinar da gələ bilər. Mən sizə mussu marşmellou konfetləri ilə hazırlamağı təklif edirəm. Bu konfetləri istənilən marketlərdə tapa bilərsiniz.Marşmellounun hesabına muss daha da yüngül, həfif alınır.
Bu sousu fəsəli, pankeyk, tostlara əlavə kimi həmçinin piroq və kekslərə içlik kimi istifadə edirlər.
Hərdən uşaqları sevindirmək üçün, unsuz, bişirilməyən, sadə desert hazırlamaq istəyirəm. Bu da bu desertlərdən biri - Qarğıdalı lopaları (cornflake) ilə keksdir. Siz hətta bunu uşaqlarla birgə hazırlaya bilərsiniz, beləliklə siz həm dadlı desert əldə etmiş, həm də uşaqlarınızla bir əyləncəli vaxt keçirmiş olacaqsınız.
Salam dostlar. Dünən bişirdiyim və uşaqlarımın iştahla yediyi m&m-sli mini maffinləri sizə təqdim edirəm. Çox reseptlər dənəməyimə baxmayaraq, bu ən tez və asan bişirilən həmçinin dadlı və havalı alınan maffin reseptidir. Uşaqlar tez yesinlər deyə onları kiçik kapsullarda hazırlayıram. Əlavə dad vermək istəsəz, limon qabığı, vanil ekstraktı, apelsin qabığı, şokolad hətta marşmellou konfetlərini də xırdalayıb, qata bilərsiniz.
Axşamınız xeyir qızlar. Bu gün yəqin ki, kiminiz toyda, kiminiz ailə, dostlarınızla gəzintidəsiniz. Buna baxmayaraq özüm üçün yeni öyrəndiyim çiyələk cemini göstərmək istəyirəm.
Salam, qızlar. Sizə xırtıldayan xəmirli, moruq içlikli mini payları göstərmək istəyirəm. Rəng çalarına, turşməzəliyinə görə həm də xəmirlə müxtəlif bəzək verə bildiyimə görə bunları çox sevdim.
Hər vaxtınız xeyir. Uşaqlıqdan həmişə anam qatılaşdırılmış südlə rulet hazırlayırdı, onun dadını çox sevirdim. Bu resepti isə ilk dəfə görəndə, fikirləşdim ki, tərkibində yumurtanın sayına görə yəqin ki, yumurta qoxusu olacaq. Amma bişirdim və çox bəyəndim. Büküləndə rulet qırılmır və biskviti çox yumşaq alınır. Ruletin arasına çalınmış qaymaq, cem, şokoladlı qanaş yaxıb, bükün və həmən yeyin. Şəkilə görə @shahzada_h təşəkkür edirəm, mən bişirirəm o isə gözəl təqdim edir
Albalılı tartı @gulnarr_aliyeva @gilasmagazine jurnalının yay dərci üçün bişirmişdir və resepti ilə bölüşmüşdür. Mən də albalıları əncirlə əvəzləyib hazırladım. İnanın çox dadlı idi, içliyi çox zərif dada malikdir. İki tikəsini elə özüm yemişəm
Salam qızlar. Qonaq gedəndə şirniyyat bişirib aparırsınızmı? Mən sevirəm çay masasına dadlı nəsə hazırlayım onda söhbət daha da şirin alınır :) amma vaxt azlığından adətən tez bişən kekslər hazırlayıram. Bu keksi də ona görə hazırladım. Öncədən qeyd edim ki qarağat dondurulmuş idi onu istənilən digər giləmeyvə ilə əvəz edə bilərsiniz. Keks çox yumşaq alınır, demək olar ki ağızda əriyir. Havalar isti keçsə də mütləq bişirin, yeyin:)
Şokoladlı bezelər ailəliklə ən sevdiyimiz, az kalorili və asan hazırlanan şirniyyatdır. Bu reseptlə sizin bezeləriniz quru və havalı alınacaq.
Qeyd: Mən muss üçün bir az əzilmiş moruqdan istifadə etmişəm, siz isə istədiyiniz giləmeyvəni götürə bilərsiniz. Muss qaymaqdan asılı olaraq əgər bir az sulu alınırsa, yarım saatlıq (ya 1 saat) kənara qoyun, muss qatılaşsın sonra formaya biskvitin üzərinə tökün. Tort yüngül həm də dadlı alınır, gördüyünüz kimi musslu tortun hazırlanması elə də çətin deyil. Mütləq dənəyin.
Soyuducuda çoxdan 2 banka xama qalmışdı. Mən də Çadeevanın reseptiylə Smetannik bişirmək qərarına gəldim. Belə dadlı alınacağına inanmazdım, hardasa çizkeykin dadını xatırladır. Amma soyuq halda yeməyi məsləhət görürəm onda dondurmanın dadını da xatırladacaq. Evdə köhnəlmiş az miqdarda moruq qaldığından onu da bir qat qatdım. Original reseptdə moruq olmur.
Bu gün sizinlə çox asan hazırlanan həm də yüngül olan kəsmikli zapekanka reseptiylə bölüşürəm. Zapekankaya istifadə etdiyim kəsmiyi evdə qalıb yeyilməyən qatıqdan hazırlamışam. Bu zapekankanın tərkibində un olmadığından daha sağlam hesab edilir və səhər yeməyi süfrəsinin bəzəyi sayılır.
Qaymaq dadlı bu dondurma plombiri xatırladır amma xırdalanmış snikers şokoladları, tərkibindəki qızardılmış araxislər öz fərqliliyini qatır. Mütləq dənəyin!
Albalı yavaş yavaş yetişir deyə sizin üçün tart reseptiylə bölüşürəm. Mən videoçarxda gördüyünüz kimi, 20 smlik formada bişirmişəm ona görə də içliyin tam yarısını hazırladım. Tartın xəmiri yumşaq, albalıların hesabına isə turşməzə alınır. Dənəyin mütləq :)
Salam dostlar! Necəsiniz? Bu gün sizin üçün "şokoladlı çiyələk" videoresepti çəkdim. Ümidvaram ideya kimi bəyənərsiniz:)
Dadlı limon ətirli və ən əsası rahat hazırlanan tart dadmaq istəyirsiz? Əminəm hə dediniz :) Mən original reseptdə laym əvəzinə limon istifadə etmişəm və formamım diametri balaca olduğuna görə videoda porsiyanın tam yarısını hazırlamışam. Aşağıda isə sizinlə tam reseptlə bölüşürəm.
Bu resepti Gilasmagazine onlike kulinariya jurnalında Şamaxı xanım @_tasty_recipes paylaşmışdı. Dadlı və ətirli olduğuna görə mən də dənəmək qərarına gəldim və çox bəyəndim.
Biz hamımız içməli suyun orqanizm üçün necə xeyirli olduğunu bilirik. Amma, buna baxmayaraq, başqa xeyirsiz içkiləri içməyə davam edirik. Çoxları adi suyun dadı, ətri olmadığına görə onu içməyi sevmirlər. Mən sizə özüm üçün yeni tapdığım bir üsuldan danışacam. Hər səhər böyük şüşə qabı suyla doldururam və onu dadlı etmək üçün suya nanə, limon dilimi və evdə olan istənilən meyvə və ya giləmeyvə tikəsi qatıram. Hətta, uşaqlar da artıq mənim şüşə qabımdakı suyu içirlər.
Bu tortu aprel ayında oğlumun ad günü üçün hazırlamışdım. Original reseptdə mussu qırmızı moruqdan hazırlayırlar, amma aprel ayında moruq tapmaq baha başa gəldiyindən çiyələklə əvəzlədim. Çox dadlı, yüngül, çəhrayı rəngli muss alındı.
Bu tortu Gilasmagazine jurnalında dərc ediləndən sonra mütləq bişirəcəyimə qərar vermişdim. Tort kreminin yağla hazırlanmasına baxmayaraq, limon ətirli biskvitinə, limon şirəli turşməzə şirəsinə və azca duzlu krem pendirin dadına görə yüngül və yeməli alınır.
Əgər çox şokoladlı tort sevirsinizsə bu tort tam sizə görədir. Kakaolu biskvit, şokoladlı qanaş krem və Ferrero Roşe şokoladları çox dadlı bir ahəng təşkil edir. Şokoladsevərlər bu reseptdən yan keçməzlər!
Paxlava adı çəkiləndə hərbirimizın içərisindən xoş hisslər keçir. O, Novruz bayramının, şənliyin, baharın gəlişinin atributlarındandır. Paxlava bildiyiniz kimi 3 komponent- nazik yayılmış qatqat xəmir, kərə yağı və qoz, fındıq, badamdan hazırlanmış içlik, romb şəkilli formadan ibarət şirin dadlı məmulatdırki, türklərin dünya mətbəx mədəniyyətinə verdiyi hədiyyələrdən biridir.
Qoğal mənim üçün ən çətin bişmələrdən biridir. Paxlavanı il ərzində bir neçə dəfə bişirsəm də, qoğalı ancaq bayramdan-bayrama bişirirəm. Hər qatı yaymaq, yağlamaq və içliyini səpmək daha sonra kündələrə bölüb gözləmək çoox vaxt sərf edir. Hər halda, bu resepti qoğal üçün həvəsi olan igid qadınlarımız üçün yazıram. Hamı axı tənbəl deyil :)))
Bu qurabiyələrin reseptini mən anamdan öyrənmişəm, daha dəqiq desəm uşaqlıqdan evimizdə, xalalarımgildə ən çoxhazırlanan şirniyyatlardan biriidi və həmişə böyük məmnuniyyətlə yeyirdim. Demək olarki, raritet reseptlərdəndir. Nə qədəryenilik axtarışında olsamda hərdən klassik dadlılarımızı dadmaq istəyirəm.
Saytın bütün oxucularını salamlayıram. Sizi səhifəmdə görməyə çox şadam. Mənim adım Fidandır.

Uzun müddət üzərində çalışdığımız saytda sizinlə maraqlı, fərqli şirniyyatların reseptləri ilə bölüşməyə çalışmışam.
Axtarış
© 2016 VANILLA.AZ All rights reserved. | Site by Javid Sultanov Studio
Redaksiya reklam və məqalələrin məzmunu üçün məsuliyyət daşımır.